Ən yaxşı dəstək xidməti

Sürücülər istənilən suallarla bağlı bizə WhatsApp, Messenger və IMO vasitəsi ilə müraciət edə bilərlər.

Asan və tez qeydiyyat

Sürücülər sənədləri təqdim etdikdən sonra 15 dəqiqə ərzində UBERə qoşuruq.

Etibarlı Partnyor

Biz hər bir sürücü ilə müqavilə bağlayırıq və bununlada ödənişlərin vaxtında keçməsinə zəmanət veririk.

Cəmi 14% UBER komissiyası. Sürücülərə əlavə bonuslar.

Bazarda ashagi partnyor komissiyasi. Suruculer ucun bonuslar ve müxtəlif kampaniyalar.

Çox saylı sifarişlər.

UBER müştərilərin rahatlığın düşünərək yeni kompaniyalara start verir və bununla müştəri sayı kəskin artır.Vətənimizə gələn qonaqların bir çoxu ilk taksi xidməti kimi UBER-dən istifadə edirlər.

Özün öz müdürin ol. Maşında taksi nişanı olmağa ehtiyac yoxdur.

Sərbəst qrafik. Siz nə vaxt və neçə saat işləmək istədiyinizə özünüz qərar verirsiniz. İşlə şəxsi həyatınız arasında istədiyiniz kimi balans yaradın.

UBER sürücü "Taksometr" mobil proqramını yüklə

İlkin mərhələdə mobil proqram yalnız android əməliyyat sistemi ilə işləyir.

Əgər sənədlərin şəkillərini bizə göndərməmisinizsə işləyə bilməyəcəksiniz!

×

İtalqaz

10-12% endirim

Qiymətlər haqqında buradan məlumat alın.italqaz
Əlaqə: (050/55/70/77)352 52 92

Evroqaz

10-13% endirim

Qiymətlər haqqında buradan məlumat alın.www.evroqaz.net
Əlaqə: (055)616 58 58

Atasigorta

xüsusi endirimlər

Atasığorta Kasko sığortalarına xüsusi endirimlər
Əlaqə: (050)228 86 51

Technol

20% endirim

"Technol" motor yağı firma mağazalarında və şəhərin müxtəlif yerlərində yerləşən yağ dəyişmə məntəqələrində xüsusi təkliflər və kampaniyalar Babək pr,Maşın bazarı Əlaqə:(050/70)369 51 51

Azercell

Pulsuz

Pulsuz Azercell Koorparativ nömrələri

Ensis

25% endirim

"Ensis" hüquq şirkətinin xidmətləri (koorporativ hüquq, bank, lizinq məsələləri üzrə ixtisaslaşmış hüquq şirkəti) 25 % endirim. www.ensis.az

Premium Klinika

15% endirim

Premium Klinika xidmətlərinə 15% endirim

Bakcell

Pulsuz

30% endirim

Bakcell korporativ nömrələr pulsuz
Tariflərə 30% endirim.

Turizm.az

mövsümü təkliflər

Turizm.az şirkətindən mövsümü təkliflər

Azpetrol

balans = yanacaq

Balansda olan məbləği yanacaqla əvəzləşdirin

Unibank

güzəştli kredit

Biz tərəfdən təqdim olunan rəsmi arayışa əsasən güzəştli şərtlər ilə kredit əldə edin

AccessBank

Avtomİr

xüsusi təkliflər

Avtomobil aksessuarları dükanından xüsusi təkliflər
Əlaqə: Tel:(+994 12)496 36 90
Mob:(+994 70)504 55 04
(+994 77)616 01 01

Nar mobile

30% endirim

Korporativ nömrələr, danışıq və internetə 30% endirim

UBER Partnyor Klubunun üzvü olmaq üçün bizim Parkda ən azı 50 səfər tamamlamaq lazımdır. Klubun üzvləri müxtəlif endirim və kampaniyalardan yararlana biləcəklər. Bununla bərabər fəal Sürücülərimiz daha əlverişli təkliflərdən istifadə edəcəklər. Sürücülərin istəyinə əsasən balanslarında olan vəsait məbləğdən asılı olmayaraq gündəlik onların hesabına köçürülür. Əlavə olaraq Klub üzvləri balansda olan məbləği yanacaqla da əvəzləşdirə bilərlər.

REKLAM AVTOMOBİLİN TANINMASINI TƏMİN EDİR:

Sərnişin üçün gələn avtomobili tapmaq asan olur. Çox saylı taksilər olduğu yerlərdə, məsələn, dəmir yolu stansiyalarında və aeroportlarda kömək edəcəkdir.Ay ərzində minimum 300 gediş həyata keçirmək lazımdır-əks halda avtomobil əldə olunmuş üstünlüyü itirir.

Sifarişlərdə
prioritet (üstünlük)
verilir.
Avtomobilinizə reklam (brendinq) vurdurmaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Reklamlı avtomobil keyfiyyətli xidmət göstəricisidir. Sərnişin bu avtomobilin Sürücüsünə öz rahatlığını və təhlükəsizliyini tam əmanət edə bilər.

Xüsusi qiymətlər

UBER-lə öz şəxsi biznesinizi qurun!
Şəxsi avtoparkınız varsa
bizimlə gəlir əldə etmək- çox ASANdır!

Bizimlə əməkdaşlıqdan hansı üstünlükləri əldə edirsiniz :

Sizin avtoparkın işə salınması üçün hazır biznes-plan;

İnkişaf üçün hazır strategiya və UBER dəstəyi;

Avtomobillərin seçimində məsləhət;

Avtoparka sürücülərin və digər əməkdaşların işə götürülməsində kömək;

Sizin Avtoparkın işini aparan peşəkar menecer;

İstəyinizə uyğun olaraq gündəlik, həftəlik və aylıq hesabatlar.

Qeyd: Gəliriniz - avtomobilin texniki vəziyyətindən, yanacaq növü və sərfiyyatından, o cümlədən avtomobilin texniki xidmətinin qiymətindən asılıdır. Avtoparkın idarə olunması müqavilə şərtlərindən asılı olaraq tam və ya qismən şirkət tərəfindən həyata keçirilə bilər.Sürücülərin işinin effektivliyinə şirkət tərəfindən tam nəzarət olunur.

Müraciət Formu

Komandamızdan məsləhət və iş planı alın

Bu düyməni sıxmaqla siz fərdi məlumatların işlənilməsinə və Komissiya müqaviləsinin şərtlərinə razılıq vermiş olursunuz.

×

KOMİSSİYA MÜQAVİLƏSİ

Bakı ş.

Bir tərəfdən, bundan sonra Komissioner adlanacaq, Nizamnamə əsasında fəaliyyət göstərən UBER-in Azərbaycanda Rəsmi Partnyoru və digər tərəfdən bundan sonra Komitent adlandırılacaq Uber sürücüsü şəxsində, birlikdə “Tərəflər” ayrı-ayrılıqda isə “Tərəf” adlanaraq aşağıdakılar barədə bu Müqaviləni bağladılar (bundan sonra - Müqavilə)

1. TERMİNLƏR VƏ ANLAYIŞLAR

1.1. Informasiya emalı xidməti – Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq informasiya xidməti göstərən hüquqi şəxs və ya fərdi sahibkar.
1.2. Servis – İstifadəçilərin sorğularını yerləşdirməyə imkan verən və İnformasiya Emalı Xidməti İstifadəçilərinin Sorğularının avtomatik emal edilməsini və ötürülməsini həyata keçirən proqram-aparat kompleksi.
1.3. İnformasiya xidmətləri - Servisə daxil olmağa imkan verən xidmətlər
1.4. Marketinq xidmətləri - servisin tanıdılması üzrə xidmətlər.
1.5. İstifadəçi - Servisi istifadə edən fiziki şəxs.
1.6. Sorğu - avtomobil ilə sərnişin və baqaj daşınması üzrə xidmətlərə potensial tələbat barədə İstifadəçi tərəfindən Servis çərçivəsində yerləşdirilmiş informasiya.
1.7. Hesabat dövrü - təqvim ayına bərabər dövr.
1.8. Şəxsi kabinet – bu Müqavilə üzrə göstərilən xidmətlər barədə Komitentə informasiyaya daxil olmağa imkan verən istifadəçi adının və şifrə daxil edilməsi zamanı Komitentin daxil olduğu Servisin bir hissəsi.

2. MÜQAVİLƏNİN PREDMETİ

2.1. Komitent tapşırığına əsasən, Komissioner öz adından, lakin Komitentin maraqlarına uyğun və onun hesabına:
2.1.1. İnformasiya xidmətləri göstərən şəxslərlə Komitentə İnformasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlayır və göstərilən İnformasiya xidmətlərinin Komitent tərəfindən alınmasını təmin edir.
2.1.2. Müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulmuş qaydada İnformasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağladığı İnformasiya xidməti göstərdiyi şəxslərə Komitent tərəfindən Marketinq xidmətlərinin göstərilməsinə dair müqavilə bağlayır.
2.1.3. Komitentin xeyrinə Sorğuların icrası ilə əlaqədar İstifadəçilərin Sorğularının və digər nağdsız ödənişlərinin icrasına görə İstifadəçilərdən nağdsız ödənişlərin alınması üzrə üçün cü şəxslərlə müqavilə bağlayır.
2.2. Komissioner Müqavilənin 2.1.1 - 2.1.3 bəndlərinə müvafiq olaraq bağlanmış müqavilənin şərtlərini müstəqil olaraq müəyyən edir, bununla yanaşı o, formalaşmış bazar şərtlərindən irəli gələrək vicdanla, ağlabatan və ədalətli şəkildə hərəkət edir.
2.3. Komissioner sərnişin və baqaj daşınma xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olan digər şəxslərlə analoji Müqavilə bağlamaq hüququna malikdir. 2.4. Bu Müqavilənin bağlanılması Komissioner və UBER ML B.V. arasında bağlanılmış Müqavilələrin müvafiq müddəalarının şərtlərinin icrasını təmin edir.

3. KOMİSSİONERİN ÖHDƏLİKLƏRİ

Komissioner öhdəliyinə götürür:
3.1. Öz adından, lakin Komitentin maraqlarına uyğun və onun hesabına Müqavilənin 2.1.1 - 2.1.3 bəndlərində nəzərdə tutulmuş müqavilələri bağlamaq.
3.2. Komitentə İnformasiya xidmətlərinin alınmasında köməklik göstərmək.
3.3. Öz adından və Komitentin hesabına İnformasiya xidmətlərinin göstərilməsinə görə İnformasiya xidmətləri göstərənlə hesablaşmalar aparmaq.
3.4. Müqavilənin 2.1.2 - 2.1.3 bəndlərində nəzərdə tutulmuş müqavilələr üzrə Komissionerdən alınmış Komitentə çatacaq pul vəsaitlərinin Komissionerdən aldığı andan etibarən 2-10 gündən gec olmayaraq köçürülməsini təmin etmək.
3.5. Müqavilənin 5-ci bölməsində müəyyən edilmiş qaydada və müddətə tapşırığın icrası barədə Komitentə Hesabat təqdim etmək.
3.6. Komitent tərəfindən İnformasiya xidmətlərinin alınması məqsədilə İnformasiya xidmətləri göstərən şəxslərlə qarşılıqlı əlaqə yaradaraq, veb-interfeysə daxil olmaq üçün Komitentə istifadəçi adı və şifrə təqdim etmək.
3.7. Komitentin balansında 20 AZN-dən yuxarı vəsait olduğu halda bu Müqavilə ilə nəzərdə tutulmuş müddət ərzində pulların Komitentə ödənilməsini təmin etmək. Komitentin balansında 20 AZN-dən aşağı vəsaitin olduğu halda Kommisionerin əməliyyat, bank və digər xərcələri çıxılmaqla Tərəflərin razılığı ilə pulların ödənilməsi mümkündür.

4. KOMİTENTİN ÖHDƏLİKLƏRİ

Komitent öhdəliyinə götürür.
4.1. Müqavilənin 2.1.1 - 2.1.3 bəndlərində nəzərdə tutulmuş müqavilələr üzrə Komissionerdən bütün aldıqlarını dərhal qəbul etmək.
4.2. Müqavilədə nəzərdə tutulmuş tapşırıqların icrasına görə Komissionerə bu Müqavilənin 6-cı bölməsində nəzərdə tutulmuş qaydada və şərtlərlə muzd ödəmək.
4.3. Bu Müqavilənin 6-cı bölməsində nəzərdə tutulmuş qaydada və şərtlərlə Komissionerin çəkdiyi xərclərin vaxtında ödənilməsini təmin etmək.
4.4. Müqavilənin 2.1.1. bəndinə müvafiq olaraq bağlanmış İnformasiya xidmətlərinin göstərilməsi barədə müqavilələrdə nəzərdə tutulmuş Servis şərtlərinə uyğun olaraq avtomobil nəqliyyatı vasitəsilə sərnişinlərin və baqajın daşınması üzrə İstifadəçilərə xidmət göstərmək.
4.5. Komissionerin sorğusu ilə 3 (üç) gün ərzində Komitent barədə bir daşıyıcı kimi İnformasiya xidmətləri göstərən şəxsin tələb etdiyi istənilən məlumatı təqdim etmək.
4.6. Balansı mənfi olduğu halda (0 AZN-dən aşağı) Komissionerin tələbi ilə 3 (üç) iş günü ərzində borcunu Kommisionerə ödəmək.
4.7. Komitent fəliyyəti ilə bağlı yaranan vergi və qanunvericiliklə nəzərdə tutulmuş digər öhdəliklərin (Rüsumların və s.) vaxtlı vaxtında ödənilməsini öz üzərinə götürür

5. SƏNƏD VƏ SORĞULARIN ELEKTRON MÜBADİLƏSİ

5.1. Komissionerin səlahiyyətli şəxsi tərəfindən tərtib edilmiş və Komitentə elektron poçt və/və ya Şəxsi kabinet və/və ya digər elektron rabitə vasitəsilə göndərilmiş Sənəd, Tərəflər arasında etibarlı sənəd kimi qəbul edilir və əgər, bu sənədin Müqavilə üzrə Tərəfdən daxil olması və Müqavilə üzrə Tərəf üçün nəzərdə tutulması və Komitentin İnformasiya xidmətlərinə qoşulma zamanı Tərəflər arasında göstərilən elektron rekvizitlərdən göndərilməsi müəyyən edilibsə, hüquqi qüvvəyə malik olan ilkin sənəd hesab edilir.
5.2. Elektron poçt və/və ya Şəxsi kabinet və/və ya digər elektron rabitə vasitəsilə göndərilən Sənədin alınma tarixi, Sənəd göndərilən günün növbəti iş günü hesab edilir.
5.3. Komitent tərəfindən alınmış Sorğuların detallarını Şəxsi kabinetə daxil olmaqla əldə etmək olar.
5.4. Sorğu və ya Sənəd üzrə etirazların yarandığı təqdirdə, Komitent Sorğunu və ya Sənədi aldığı gündən etibarən 3 (üç) iş günü ərzində Komissionerə məlumat verməlidir.

6. KOMİSSİONERİN MUZDU VƏ XƏRCLƏRİNİN KOMPENSASİYASI

6.1. Müqavilənin 2.1. bəndində nəzərdə tutulmuş tapşırıqların icrasına görə Komitent Komissionerə 7 ( yeddi ) faiz məbləğində muzd ödəyir. Müqavilənin 6.1. bəndində nəzərdə tutulmuş Muzda, Komissioner tərəfindən bu Müqavilə üzrə öhdəliklərinin icrası prosesində çəkdiyi bütün xərclər daxildir.

7. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI

7.1. Tərəflər bu müqavilə üzrə nəzərdə tutulmuş fəaliyyətdən irəli gələn vergi və qanunvericiliklə müəyyən olunmuş digər öhdəliklərin (Rüsumların və s.) icrasına görə bir birinin qarşısında məsüliyyət (cavabdehlik) daşımır.
7.2. Müqavilə üzrə öhdəliklərini icra etməyən və ya layiqincə icra etməyən Tərəf, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Müqavilənin şərtlərinə uyğun olaraq məsuliyyət daşıyır.
7.3. Müqavilənin icrası və ya onunla əlaqədar meydana çıxan bütün mübahisələr və fikir ayrılıqları tərəflər arasında danışıqlar yolu ilə həll olunacaqdır. Əgər tərəflər razılığa gələ bilməsələr, mübahisələr qanunvericiliklə nəzərdə tutulmuş qaydada həll olunur.

8. FORS-MAJOR

8.1. Tərəflərdən heç biri yanğın, sel, zəlzələ, digər istənilən təbii fəlakət, müharibələr, istənilən xarakterli hərbi gedişatlar, mühasirələr, idxal və (və ya) ixrac qadağası, həmçinin mövcud qanunvericiliyin dəyişilməsi və iqtisadi və siyasi xarakterli digər məhdudiyyətlərin nəticəsində öhdəliklərini tam və ya qismən icra etməməsinə görə məsuliyyət daşımayacaqdır.
8.2. Müqavilə üzrə öhdəliklərinin icra edilməsi mümkün olmayan hallarla rastlaşan Tərəf, 3 (üç) iş günündən gec olmayaraq qarşı Tərəfə müqavilənin 11.2-ci bəndində müəyyən edilmiş qaydada yuxarıda adıçəkilən halların başlanması və bitməsi barədə məlumat verməlidir.
8.3. Əgər Tərəflərdən biri qarşı tərəfi şərtləndirilmiş müddət ərzində qarşısıalınmaz halların başlanması və ya bitməsi barədə məlumatlandırmasa, o bu cür hallara istinad etmək hüququndan məhrum olur.

9. MÜQAVİLƏNİN ŞƏRTLƏRİNİN DƏYİŞDİRİLMƏSİ VƏ XİTAM VERİLMƏSİ

9.1. Müqaviləyə dəyişikliklər Tərəflərin razılığı əsasında həyata keçirilir.
9.2. Müqaviləyə aşağıdakı hallarda xitam verilə bilər:
9.2.1. Tərəflərin razılığı ilə istənilən zaman;
9.2.2. Müqaviləyə xitam verilməsinə ən azı 30 (otuz) gün qalmış qarşı Tərəfə mütləq yazılı bildiriş verilməklə birtərəfli qaydada;9.3. Müqavilə üzrə davam ediləcək öhdəliklərin icrası (o cümlədən qarşılıqlı hesablaşmalar üzrə öhdəliklər) Müqavilə qüvvədən düşdükdən sonra belə qüvvədə qalır.

10. MÜQAVİLƏNİN MÜDDƏTİ

10.1. Müqavilə təsqiq olunan tarixdən qüvvəyə minir və 1 (bir) il qüvvədə qalacaqdır.
10.2. Əgər müqavilənin bitməsinə ən azı 30 (otuz) gün qalmış Tərəflərdən heç biri müqavilənin ləğv edilməsi barədə qarşı Tərəfə məlumat verməzsə, Müqavilə avtomatik olaraq növbəti il müddətinə uzadılır. Bu cür uzadılmaların sayı məhdud deyil.

11. DİGƏR ŞƏRTLƏR

11.1. Müqavilə və onun icrası Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
11.2. Müqavilə üzrə bütün bildirişlər qarşı Tərəfə elektron poçt və/və ya Şəxsi kabinet və/və ya digər elektron rabitə vasitəsilə göndərilir. Elektron poçt və/və ya Şəxsi kabinet və/və ya digər elektron rabitə vasitəsilə göndərilən bütün sənədlərin surətləri, Tərəflər arasında etibarlı sənəd kimi qəbul edilir və əgər, bu sənədin Müqavilə üzrə Tərəfdən daxil olması və Müqavilə üzrə Tərəf üçün nəzərdə tutulması və Komitentin İnformasiya xidmətlərinə qoşulma zamanı Tərəflər arasında göstərilən elektron rekvizitlərdən göndərilməsi müəyyən edilibsə, hüquqi qüvvəyə malik olan ilkin sənəd hesab edilir.
11.2.1. Məlumatlandırmanın əlavə vasitəsi, Komitentin şəxsi kabinetində sənədlərin yerləşdirilməsi hesab edilir. Komitent Müqavilə çərçivəsində fəaliyyətinin həyata keçirilməsi üçün daxil olduğu şəxsi kabinet vasitəsilə Tərəflərin bir-birlərinə göndərdiyi sorğular, bildirişlər, hesabatlar və sənədlərin surətləri, həmçinin sadə yazılı formada tam hüquqi sənəd kimi qəbul edilir.
11.3. Komitentin Servisin istifadəsi ilə bağlı UBER ML.B.V ilə yaranan münasibətləri (məxfilik siyasəti, maliyyə, komissiya və digər) Servisdə şəxsi kabinetində yerləşdirilən “Mobil avadanlıqlarda “Taksometr” Proqramının işlədilməsinə dair Lisenziya Müqaviləsi”nə və digər sənədlərə əsasən tənzimlənir.
11.4. Müqavilədə əks olunan məlumatlar, həmçinin müqavilənin bağlanması faktı məxfi xarakter daşıyır.

*gəlirlər avtoparkın işinin formatından asılıdır

Tez-tez verilən suallar

Çox sadə
Avtomobilin və özünüzün sənədini onlayn bizə göndərin və qısa zamanda UBER sürücüsü olun.
QEYD: Biz Sizinlə əlaqə saxlamamış heç bir proqram yükləməyin.

Bunun üçün bizim 050 268 68 92 votsap nömrəsinə qeydiyyatda olan avtomobilinizin nömrəsini yazırsınız və balansla bağlı təlimatın göndərilməsini istəyirsiniz. Təlimata uyğun MilliOn və E-manat terminallarında ödəniş edib, ödəniş qəbzinin (çekinin) şəklini mütləq yuxarıda qeyd olunan votsap nömrəsinə göndərirsiniz. QEYD: Ofisdə balans artırılmır.

1) Avtomobilin yaxşı görünüşü (avtomobilin bütov gövdəsi), təmiz salon.
2) Müraciət olunan tarixdən etibarən avtomobilin istehsal müddəti 25 ildən artıq olmamalı və kondisioneri işlək vəziyyətdə olmalıdır.

Bu video təlimatdan Taksometr proqramının işlədilməsini izləyə bilərsiniz. İzləyin

Yüksək fəaliyyət göstəricisi və yüksək reytinq, ən əsasısa brendinq (avtomobil üzərində reklam) sizə daha çox sifariş almaq və buna görə daha çox qazanmaq imkanı verir

Nağdsiz gedişlərin ödənişi VOEN-ə bağlı bank kartına gündəlik köçürülə bilər. Əlavə olaraq bank kartı hazır olana kimi balansda kı pullarınızı nağd əldə edə və ya yanacaqla əvəzləşdirə bilərsiniz.

Bəli, Tərəfdaşınızı dəyişə bilərsiniz. Bunu etmək üçün sənədlərinizi bizə 077 270 78 88 WhatsApp nömrəsinə göndərin və bizdən cavab gözləyin. Parkımızda qeydiyyatdan keçdiyinizi bildirdikdən sonra Taximetrdən çıxmalı və növbəti girişdə Parkımızı seçməlisiniz.

Bir taksi parkından digərinə keçərkən sürücünün reytinqi köçürülür balansı isə - yox!

Bu sürücülərin fəaliyyətinin göstəricisidir. Daha çox sifariş daha yüksək fəaliyyət göstəricisi deməkdir. Sürücünün fəalliyət göstəricisi sifarişlərin tənzimlənməsində böyük rol oynayır

Yerinə yetirmə indeksi gəbul edilmiş və yerinə yetirilmiş sifarişlərin göstəricisidir. Əgər siz sifarişi gəbul etmisinizsə sizə 1-2 bal hesablanır. Əgər sifarişdən imtina edirsinizsə sizdən 14 bal silinir. Sifarişləri buraxdığınız halda məsafədən asılı olaraq aktivlik dərəcəsi aşağı enir. Sifarişlərin 85% gəbul edib yerinə yetirmək çox vacibdir, əks halda sizin xidmətə qirişiniz dayandırılacaqdır.

Bəzi sərnişinlərdə qediş endirimləri/kuponları olur. Qediş üçün qeyd olunan məbləğin endirim hissəsi sizin bank hesabınıza köçürüləcək

Əgər siz avtomobilinizi dəyişdirmisinizsə, bizə köhnə avtomobilin nömrəsini və yeni avtomobilin tex.passport, etibarnaməsini (varsa) təqdim edirsiniz. Bundan sonra Şirkətin mütəxəssisləri avtomobilin dəyişdirilməsi ilə bağlı bütün problemləri həll etməyə qısa zamanda sizə köməklik edəcək.

Sürücülük vəsiqənizi dəyişdirmisinizsə, hansı səbəbə görə olursa olsun (itkin, müddəti bitmiş və s.), bu barədə bizə məlumat verməlisiniz. Sürücü reytinqini qorumaq üçün yeni və əvvəlki sənədlər barədə məlumat təqdim etməlisiniz

UKN- uzaqdan keyfiyyətə nəzarət. Siz avtomobilin fotolarını təqdim etməlisiniz, yəni: avtomobilin sağ və sol tərəflərinin, ön və arxa oturacaqlarının, açıq baqajının və varsa uşaq oturacağının şəkilləri

Biz sizi Uberə heç bir ödəniş etmədən, gün boyu onlayn və oflayn şəkildə qoşuruq.

Bəli, iş və istirahət vaxtlarını siz özünüz təyin edirsiniz. Sizə uyğun olan zamanda işləyə və ya əsas işinizdən və təhsilinizdən qalan boş vaxtlarınızda pul qazana bilərsiniz.

“Qara siyahı” ya Uber tərəfindən müddətsiz (müddətli) bloklanan sürücülər daxildir. Buna bir necə səbəb ola bilər: keyfiyyətə nəzarət yoxlanışından keçməkdən imtina etmək, sürücünün günahı səbəbindən sifarişlərin pozulması, çirkli, zədələnmiş avtomobil, olmayan və ya zədələnmiş təhlükəsizlik kəmərləri, saxtakarlıq, reklam, sərnişinlərlə kobud davranış. Əgər siz “qara siyahı”ya düşmüsünüzsə texniki dəstək ilə əlaqə saxlayıb bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz. Bizim əməkdaşlar sizə lazım olan tövsiyələri verəcək və hər tərəfli dəstək olacaqlar.